HR Təcrübə Proqramı

İşin təsviri

“Good Finance" MMC tərəfindən təşkil olunan 0-dan başlayanlar üçün 3 ay davam edən “HR Təcrübə Proqramı”na qeydiyyat davam edir.

Qeyd edək ki “Təcrübə proqram”ı nəzəri olaraq keçirilmir. Yalnız praktiki olaraq keçirilir.

Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

  • Real şirkətlərin sənədləri üzrə praktiki iş,
  • Əmək Qanunvericiliyi,
  • 0-dan işə qəbul sistemi,
  • Şirkətin struktur formasının hazırlanması,
  • ƏMAS elektron sistemdə işçilərin qəbul edilməsi,
  • ƏMAS-da vakansiya yaratmaq,əmrlərin verilməsi,xitamın rəsmiləşdirilməsi və digər mövzular.
  • Əmək haqqı kart sifarişlərinin verilməsi,
  • Əmək müqavilələrinin bağlanılması,
  • Xitam zamanı müavinətlər,
  • Əmrlərin hazırlanması,
  • Məzuniyyət və ezamiyyə ödənişləri,
  • Gecə vaxtı və çoxnövbəli əmək haqqı,
  • Ştat cədvəlinin hazırlanması,
  • Xəstəlik müavinətlərinin E-gov portalında işlənilməsi,
  • Məzuniyyət növləri və rəsmiləşdirilmə,
  • Hamilə qadınların əmək hüquqları,
  • Əlillərin əmək hüquqları,
  • E-gov.az saytla praktiki iş,
  • İSB.AZ saytda işçilərin sığortalanması,
  • Tabel cədvəlinin hazırlanması, 
  • Şəxsi hesab vərəqələrinin doldurulması,
  • Kargüzarlıq sənədlərlə praktiki işlər və kadrlara aid digər sənədlərin öyrənilməsi,
  • İşçi haqqlarının hesablanması 

Təcrübə proqramında iştirak üçün tələblər:

  • Təhsil - ali ixtisas,
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirilməli,
  • Yaş 20-35,
  • Proqrama 0-dan qoşulma,

Əldə edəcəkləriniz:

  • Təcrübə proqramı ödənişsizdir,
  • 3 ayın tamamında namizədlər imtahan olunacaq, yaxşı nəticə göstərən iştırakçı işlə təmin olunacaqdır,
  • Kişi namizədlərə üstünlük verilir,

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi

Müraciət üçün CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.