İşin təsviri
Vəzifə və öhdəliklər:
- İstehsal əməliyyatlarının maliyyətinin hesablanması;
- İstehsal xərclərinin bölüşdürülməsi;
- İstehsal əməliyyatlarının yoxlanılması,plandan kənarlaşmaların aşkar edilməsi;
- Aylıq istehsal sahələrinin inventarizasiyasında iştirak edilməsi, sayım nəticələrinin qiymətləndirilməsi və sistemə daxil edilməsi;
- Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirmək, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək;
- Maliyyə hesabatlarının hazırlanması (Balans, mənfəət və zərər, pul vəsaitlərinin həərəkəti haqqında hsabat və s.)
- Məhsul resepturalarının sistemə daxil edilməsi;
- Anbar qalıqlarının uçotunun aparılması;
- İnventarların hərəkətlərindəki anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət edilməsi;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Daxili hesabatların hazırlanması və təqdim olunması;
- Debitor və kreditorların uçotunun aparılması.
Tələblər:
- Ali təhsil (iqtisadi sahələrdə olması vacibdir);
- ERP və Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər;
- Azərbaycan və rus dillərində səlis danışa bilməli, ingilis dili biliyi üstünlükdür;
- İş yeri - Neftçala rayonu, Sənaye məhəlləsi;
- 6 günlük iş qrafiki;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır (500-1000 azn arası);
- Nahar şirkət tərəfindən verilir.
Şirkət Netçala rayonunda yerləşdiyi üçün üstünlük həmin bölgədən olan namizədlərə veriləcək.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İstehsalat üzrə mühasib” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.