Baş Aşpaz

  • Company
  • Elanın qoyulma tarixi: 02.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş şəraiti: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə 

Əmək haqqı: Müsahibə əsasında 

Vəzifə öhdəlikləri:

  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
  • Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
  • Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
  • Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
  • Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
  • Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq.
  • Aşpaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək.
  • Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək
  • Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək.
  • Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək;
  • Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək.

Namizəddən tələblər:

  • Yaş : 27+
  • Restoran sistemində baş aşpaz kimi 2–5 il iş təcrübəsi;
  • Müvafiq sahə üzrə peşə təhsili;
  • Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etməli;
  • Beynəlxalq və milli mətbəxi peşəkar səviyyədə bilməli;
  • Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli;
  • Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
  • İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
  • Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
  • Gündəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq;
  • Ünsiyyət qurma bacarığı; büdcənin tərtib etmək və ona nəzarət etmək.

 

Müvafiq təcrübə və keyfiyyətlərə malik olan şəxslərdən mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini göndərmələri xahiş olunur.

Yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə saxlanılacaq.