Laboratoriya müdiri (Gübrə istehsalı)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət edilməsi;
  • Tətbiq olunan və aparılan sınaq işlərinin standart və normalara əsaslandırılmasının təmin edilməsi;
  • ISO və ASTM standartlarına əsaslanaraq daxili prosedurların yazılması və təsdiqlənməsi;
  • Aparılan sınaq işlərinin nəticələrinə dair gündəlik, aylıq,illik hesabatlılığın tərtib və təmin edilməsi;
  • İstismar olunan avadanlıqların və cihazların xüsusi norma və tələblərə uyğun istifadəsinə nəzarət edilməsi və cavabdeh olması;
  • İşçilərin gündəlik görülən işlərə dair iş öncəsi təlimatlandırılması;
  • Bütün nümunələrin gündəlik toplanmasına nəzarət edilməsi;
  • Vaxtaşırı kalibrasiya tələb olunan avadanlıqların kalibrasiya olunmasının təmin edilməsi;
  • Təhlükəli maddələrin və reaktivlərin təhlükəsiz saxlanılmasına və istifadəsinə nəzarət edilməsi;
  • Yeni tədqiqat və analiz metodların araşdırılması, təklif edilməsi və əsaslandırılması;

Namizədə dair tələblər:

  • Ali təhsil ;
  • Sahə üzrə 5-10 illik iş təcrübəsi;
  • Rus dili, İngilis dili;
  • MS Office üzrə biliklər.

Digər məlumatlar: 

  • İş şərtləri: 6 günlük
  • Əmək haqqı – 1500-2000 AZN (NET)
  • Nahar və nəqliyyat şirkət tərəfindən verilir
  • İşə qəbul  AR qanunvericiliyinə əsasən aparılır.
  • İş yeri -  Saray qəsəbəsi

Vakansiya ilə maraqlanan şəxslərdən CV–lərini elektron ünvanına Subject/Mövzu hissəsində  “Laboratoriya müdiri (Gübrə istehsalı)”  qeyd etməklə göndərmələri xahiş olunur. 

Email: [email protected]

BSC Consulting & Outsourcing Company tərəfindən digər vakansiyalar