Xarici satınalmalar üzrə menecer

  • Alyans Tekstil
  • Elanın qoyulma tarixi: 30.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Portfelində olan şirkətlərin satınalma fəaliyyətinin  yoxlanılması və alışlara nəzarət
  • Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
  • Lazımi materialları / xidmətləri  xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
  • Logistikanın təşkili üçün şirkətlərə dəstək və qiymət araşdırılması
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Tədarükçülərlə müqavilələrin bağlanmasına portfelindəki olan şirkətlərə dəstək;
  • Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
  • Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatların hazırlanması
  • Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi
  • Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
  • Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.

Namizədə tələblər:

  • Ali təhsil : maliyyə, təchizat üzrə (xarici təhsilə üstünlük verilir)
  • Kompüter bacarıqları: MS Office proqramları (Excel proqramını mükkəməl bilməli)
  • Data Analitikanı bilməsi (Tableau, Power BI) üstünlükdür
  • İş təcrübəsi tekstil sahədə 3 ildən 5 ilə qədər;
  • İngilis, Rus və Azərbaycan dillərini (şifahi və yazılı) mükəmməl bilmə

İş yeri: Sumqayıt şəhəri

İş təcrübəsi: 3-5 il 

Əmək haqqı: 800- 1000 

İş qrafiki : 5 günlük (09:00 – 18:00)

 

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını e-mail ünvanına 25.12.2022 ci il tarixinə qədər mövzu yerində “Xarici satınalmalar üzrə menecer” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Email: [email protected]