İnsan Resursları üzrə aparıcı mütəxəssis

  • Bakelektro
  • Elanın qoyulma tarixi: 28.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliyi: 

  • Müxtəlif təyinatlar üzrə əmrlərin hazırlanması və yayımlanmasını həyata keçirir
  • Mövcud vakansiyalar üzrə namizədləri seçir, müvafiq testlərdən, görüşmələrdən keçirir, uyğun olan namizədi işə qəbul edir.
  • İşə qəbul sənədlərinin toplanması, yoxlanması, şəxsi işlərin hazırlanması, elektron bazada saxlanmasına nəzarət edir
  • Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi və işə başladılmasını həyata keçirir
  • Bölmələrdə həftəlik iş qrafiklərinin hazırlanmasına və işçilərin həmin qrafiklər üzrə işə gəlməsinə nəzarət edir
  • Ezamiyyətə göndərilən işçilərin sənədlərinin hazırlanmasına, prosedura uyğun olaraq ezamiyyət xərcinin düzgün hesablanmasına, işçi geri qayıtdıqdan sonra isə təsdiqedici sənədlər əsasında xərc hesabatının verilməsinə nəzarət edir.
  • İşçilərin aylıq tabelinin hazırlanmasına nəzarət edir, ödəniş olunması üçün maliyyə şöbəsinə göndərir
  • Şöbə rəhbərləri ilə birlikdə  işçilərin məzuniyyət planını hazırlayır, həmin plan üzrə işçilərin məzuniyyətə çıxmasına nəzarət edir:
  • Şirkət daxili prosedur qaydalarının pozulması hallarının təsbit edir, işçilərin izahatlarının, təqdimatların və komissiya üçün zəruri olan digər məlumatları toplayaraq nizam-intizam komissiyasını təşkil edir, komissiya tərəfindən verilən əmrin icrasını təmin edir:
  • Vəzifə dəyişikliyi ehtiyaclarını araşdırır, uyğun sənədləşmənin aparılmasına nəzarət edir
  • Şirkətin strukturunu hazırlayır və struktur dəyişikliyi ehtiyaclarını araşdırır.
  • İşdən azad olunan işçilərə son haqq-hesabın verilməsi, işçiyə verilən imtiyazların geri alınmasına nəzarət edir
  • İşçilərin məlumat bazasını yaradılmasına və daim yenilənməsinə nəzarət edir
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir
  • Şöbələr üzrə işçilərin təlim ehtiyaclarını öyrənir, illik təlim planını hazırlayır, bu plan üzrə təlimlərin həyata keçirilməsinə nəzarət edir

Bacarıqlar:

  • Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
  • Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
  • İşgüzarlıq;
  • Komandada işləmək bacarığı
  • MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoit, 1C 8.3)  istifadə bacarıqları

Tələblər: 

  • Ali təhsil (İqtisadiyyat, Menecment ixtisasları üzrə ) 
  • Sahə üzrə 5 il iş təcrübəsi 
  • AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
  • MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Dürüst və vicdanlı olmalı;

Təminatlar:

  • Əmək haqqı: 1200 – 1500 AZN 
  • Nahar və korporativ nömrə müəssisə tərəfindən qarşılanır
  • İş qrafiki 6 günlük iş həftəsi, şənbə günü qısa iş günü. Bazar günü istirahət 

Vakansiyaya uyğun namizədlər CV-lərini  İR üzrə aparıcı mütəxəssis  başlığı ilə e-mail ünvanına göndərə bilər. 

Whatsapp: +99450268-45-95 (yalnız CV atmanız xahiş olunur)