Məhsulların idarə edilməsi üzrə aparıcı mütəxəssis

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 28.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəlikləri:

  • Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması; 
  • Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də GTM strategiyalarının icrası; 
  • Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;
  • Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
  • Kütləvi müştəri bazası dəyişikliklərinin, miqrasiyasının və əldə edilməsinin (acquisition) idarə olunması;
  • Online və offline kommunikasiya kanallarının koordinasiyası və idarə olunması; 
  • Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;
  • Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
  • Satış göstəricilərinin yüksəldilməsi, hədəflərin təyin olunması və bonus sisteminin hazırlanması məqsədilə Satış şöbəsi ilə yaxından əməkdaşlıq etmək.

Tələblər:

  • Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili; 
  • MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək;
  • Yüksək səviyyədə MS Office proqramlarının biliyi;
  • Minimum 3 il (əsasən B2C istiqamətli);
  • Azərbaycan, Rus, İngilis dilləri;
  • Analiz və təhlil bacarığı;
  • Təqdimat bacarığı;
  • Problemlərin həll etmə bacarığı.

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
  • iş vaxtı: 09:00 - 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində Məhsulların idarəedilməsi üzrə aparıcı mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi