Əməliyyatlar üzrə Baş Menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin illik/mövsümlük alış büdcələrini formalaşdırır
  • Kommersiya və qeyri-kommersiya məhsullarının sifarişini təmin edir  
  • Hazırlanmış sifarişlərin ödənilmə və çatdırılma planını öncədən tərtib edir və plan üzrə icra olunmasını təmin edir 
  • Etiketləmə prosesinin vaxtında  aparılmasını və əmtəə məhsulunun satış nöqtələrinə çatdırılmasını təmin edir
  • Mövsümi valyuta məzənnəsini və pərakəndə satış qiymətini müəyyən edir
  • Hər bir mağaza üçün illik, mövsümlük və aylıq satış hədəflərini təyin edir və bu hədəflərə çatmağı təmin edir
  • Mövsümi endirimlə satış üçün məhsullarını müəyyənləşdirir
  • Outlet mağazasına göndəriləcək məhsulların siyahısını və onların pərakəndə satış qiymətlərini müəyyən edir
  • KPİ göstəricilərini müəyyənləşdirir və hər ay monitorinqini keçirir
  • Mağazalarda işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təşkil edir
  • Tabeliyində olan şöbələrin növbəti il ​​üçün maliyyə planını edir

Əsas tələblər: 

Təhsil:

  • Ali təhsil (Biznesin İdarə edilməsi ixtisası üzrə arzuolunandır)

Təcrübə:

  • Pərakəndə satış sahəsində ən az 8 il iş təcrübəsi
  • İdarəetmə sahəsində ən az 6 il iş təcrübəsi
  • Strateji planlaşdırma üzrə iş təcrübəsi
  • Satınalma sahəsində iş təcrübəsi
  • Müsahibə aparmaq təcrübəsi
  • Bonus sistemi ilə işləmə təcrübəsi

Professional Biliklər:

  • Satış prosedurları və qaydaları
  • Satışın təşkili 
  • Satış texnikası
  • Müştəri xidməti standartları
  • Şirkətin daxili idarəetmə proseduru
  • Merçendayzinq qaydaları
  • Səlis İngilis dili biliyi 
  • MS Office Proqramlarını 

Professional Bacarıqlar və Kompetensiyalar: 

  • İdarəetmə bacarığı
  • Liderlik
  • Nəticəyə yönümlülük
  • Analitik düşüncə
  • Həvaləetmə bacarığı
  • Vaxtın idarə olunması
  • Təşkilatçılıq
  • Ünsiyyət bacarıqları

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Əməliyyatlar üzrə Baş Menecer” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi