Rəqəmsal Menecer

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 24.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəlikləri:

  • Rəqəmsal reklam kampaniyalarını planlaşdırmaq, optimallaşdırmaq və həyata keçirmək;
  • Biznesin tələblərinə uyğun olaraq saytın kontentini yeniləmək;
  • Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək (SEO);
  • Displey banner reklamlarının yaradılmasını və effektiv nəticə verməsini koordinasiya etmək;
  • Rəqəmsal, kreativ və media agentliklərinin işini koordinasiya etmək;
  • Bütün rəqəmsal reklam kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlmaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI/KPI və s.);
  • Komandanın digər üzvləri ilə sıx ünsiyyətdə olmaq və “brainstorminq”-lərdə iştirak etmək.

Kvalifakasiya üzrə tələblər və bacarıqlar:

  • Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ali təhsil
  • Minimum 3 il (rəqəmsal marketinq istiqaməti üzrə)
  • MS Office, 
  • Google (Ads, Analytics, YouTube, Data Studio etc.) HubSpot, Yandex (Direct, Metrica), CDMP (Certified Digital Marketing Professional), Facebook BluePrint və s., üzrə sertifikatlar;
  • Azərbaycan, İngilis dilləri ( rus dili biliyi üstünlük hesab olunur)
  • Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə (Trello); 
  • Böyük müştəri bazası ilə işləmə; 
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;  
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
  • Təşəbbüskar və yaradıcı;

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
  • iş vaxtı: 09:00 - 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Aparıcı Mütəxəssis” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Email: [email protected]

İşəgötürənin reytinqi