Baş elektrik mühəndisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Elektrik layihələrinin hazırlanması və standartlara uyğun olaraq tətbiqinin təşkil edilməsi
  • Dövlət Komunal idarələri ilə əlaqələrin yaradılması və texniki şərtlərin alınmasını təşkil etmək
  • Kompleks tikinti sistemlərinin məlumatlandırlması, istiqamətləndirilməsi və istismara verilməsi üzrə layihələrin elektrik infrastrukturunu anlamaq;
  • Tender təkliflərinin qiymətləndirilməsi və təhlilinin hazırlanmasında iştirak etmək; 
  • Əməliyyat və istismar xərclərinin azaldılması, istismar müddəti və kapital dəyişdirilməsi xərcləri və enerji istehlakının məhdudlaşdırılması üçün layihənin təhlili proseslərində iştirak etmək;
  • Layihələrin ilkin-əməliyyatlar və əməliyyatlar mərhələlərində, o cümlədən elektrik sisteminin seçilməsində fəal iştirak etmək; 
  • Müəssisə daxili maliyyə smetasının qiymətləndirmək, layihələr üzərində kodların və zona bölgüsünün təsvir etmək, xərcləri optimallaşdırmaq; 
  • İstismar müddətinin təhlili də daxil olmaqla elektrik sistemini seçilmək;
  • Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı tövsiyyələr vermək;
  • Alt-sistem fəaliyyətini və tələblərin dəyişdirilməsi və ya yenilənməsini qiymətləndirilmək məqsədilə qurğuların idarə olunması üzrə ətraflı texniki məlumat vermək;
  • Müştərilər, podratçılar, memarlar və layihənin digər komanda üzvləri ilə bütün qarşılıqlı əlaqələr zamanı şirkəti təmsil etmək;
  • Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək;
  • Avadanlıqlara texniki baxış keçirilməsi üzrə cədvəl və metodlar hazırlamaq, resurs tələbatlarını müəyyənləşdirmək, müvafiq idarəetmə heyəti ilə birgə ehtiyacları müzakirə etmək, resursları müvafiq qaydada bölüşdürmək;
  • Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların, infrastrukturların və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarət etmək;
  • Ətraf mühit, sağlamlıq və təhlükəsizlik prinsiplərinə riayət olunması məqsədilə binaların və qurğuların yaxşı vəziyyətdə saxlanılması üzrə məsuliyyət daşımaq;
  • Şikayətləri araşdırmaq və onların həlli üçün müvafiq işlərin görülməsi barədə tövsiyyələr vermək; onlar barədə Menecerinə həftəlik hesabat vermək;

Namizədə dair tələblər:

  • Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil.
  • Müvafiq sahədə ən az 3 il iş təcrübəsi.
  • Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq (EN,NFPA,DIN,BS,Local Norms &Regulation,IEC,IEEE)
  • Zəif orta axım, torpaqlama, işıqlandırma, hesablama, güc sistemləri üzrə biliklərə malik olmaq
  • İngilis dili üzrə orta səviyyədə yazı və danışıq qabiliyyətinə malik olmaq.
  • Kompüter bilikləri (Microsoft office, AutoCAD)

Maraqlanan namizədlər email ünvanına “Baş elektrik mühəndisi"  başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.  

Email: [email protected]