Korporativ kreditlər üzrə aparıcı mütəxəssis/baş mütəxəssis (Qəbələ)

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 24.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Bank və ya bank olmayan kredit təşkilatında 2 il iş təcrübəsi;
  • Bank qanunvericiliyi bilikləri;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı;
  • Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
  • MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik.

İşin təsviri:

  • Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
  • Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
  • Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə  çıxarılmasını təmin etmək;
  • Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
  • Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
  • Bankdaxili prosedurlara  uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər  üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
  • Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək; 
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə aparıcı mütəxəssis/baş mütəxəssis (“Qəbələ” filialı) qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.

Email: [email protected]