Avtomatika və elektironika mütəxəssisi

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 23.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Avtomatika və elektronika üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 1-3 il təcrübə;
  • Fermalarda quraşdırılan ventilyasiya sistemini bilməli;
  • Sağımxana aparatlarının iş prinsiplərini bilənlərə üstünlük verilir.

İş haqqında məlumat:

  • Afimilk sağımxana sisteminə aid olan bütün qurğu və avadanlıqlarına nəzarət etmək;
  • Südün plana uyğun sağılması, depolanması və logistikasına nəzarət etmək;
  • Havalandırma, soyutma və s. sistemlərə nəzarət etmək;
  • Müəssisədəki qurğu və avadanlıqların təmir planını həyata keçirtmək;
  • Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərini həyata keçirmək.

İş şərtləri: Həftə içi 5 gün, 9:00-18:00

İş yeri: Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Avtomatika və elektronika mütəxəssisi (Kürdəmir)" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

İşəgötürənin reytinqi