Cihazçı

İşin təsviri

 

Cihazçı

7-ci dərəcə

İşin xüsusiyyəti:

• Qarışıq tərkibli kombinasiya edilmiş texnoloji qurğuların ötürücü və tənzimləyici elektron sistemləri, texnoloji proseslərin siqnalizasiya və bloklama məntiqi elektron sistemləri, mikroprosessor əsaslı texnikası, texnoloji prosess sensorlar, nəzarət alətləri,  elektromagnit və optik ölçü vasitələrin montaji, sazlanması, kalibrə edilməsi, test olunması, deffeklərin təyyin edilməsi, nasazlıqların operativ təmirini təmin edilməsi,
sabit işçi parametrlərinin davamlığına nəzarət edilməsi.
• Agresiv və partlayicı mürəkkəb tərkibli gaz və maye xətlərində, reaktorlarda və texnoloji prosess gurgularin mikroprosessor əsaslı və proqramla idarə olunan yüksək dəqiqli temperatur, təziq, sərf, səviyyə və sair ölçücülərinə texniki xidmət göstərilməsi,
montaj edib işçire jiminə çıxarılması, sazlanmasi, test proqram vasitəsi ilə diaqnostika aparılması və iş regiminin korreksiya aparılması.
• Turbo-kompressorların iş rejiminə nəzarət edən siqnalizasiya-bloklama, o cümlədən ox boyu sürüşmə və vibrasiya elektron sistemlərinə aid olan ölçü cihazları və icra mexanizmlərin montaj edilməsi, sazlanması, kalibrə edilməsi, deffektləri təyin edib təmir edilməsi, dövriyə alınması, proqram-məntiqi nəzarət qurgularına qoşulması, və işçi rejimlərin proqramla tənzimlənməsi.
• Xüsusi test proqramları vasitəsilə idarəetmə sistemləri avadanlıqlarının test edilməsi.
• Birləşmə diaqramları üzrə sahə ölçü cihazları vəicra mexanizmlərində, eləcə dəidarəetmə sisteminə aid  olan idarəetmə şkaflarında birləşmələrin edilməsi, birləşmərin test edilməsi, dövrənin ümumilikdə test edilməsi və istismara qəbul edilməsi. 
• Pnevmatik icra mexanimlərinin hava impuls xətlərinin, hidravlik icra mexanimlərinin yağ impuls xətlərinin və sahə ölçü cihazlarının impuls xətlərinin quraşdırılması, sazlanması, deffektlərin aşkar edilməsi və aradan qaldırılması.
• Sahə ölçü cihazları və icra mexanizmlərinin iş prinsipləri haqqında,onların təmir edilməsi qaydaları haqqında biliklərə malik olmaq.
• Kontrollerlərin və giriş-çıxış modullarının əsasında idarəetmə-nəzarət sisteminin qurulma prinsipi, funksional strukturu və proqram təminatı.
• Texnoloji Proselərin Avtomatlaşdırılmış İdarəetmə Sisteminə aid olan milli və beynəlxalq standartların əsas tələbləri.  
• Avtomatik tənzimləmə haqqında nəzəri biliklərə malik olmaq.


6-cı dərəcə

İşin xüsusiyyəti:

• Avtomatlaşdırılmış idarəetmə avadanlıqlarının sistemə qoşulması, şəbəkənin qurulması, test olunması, sazlanmsı, fasiləsiz iş rejiminə nəzarət edilməsi, yaranan nasazlıqların 
• Avtomatik keyfiyyət və tərkib tənzimləyicilərinin qoşulması və sazlanması.
• Tərkib analizatoru ilə kaskad tənzimləmə sxeminin sazlanması.
• Cihazların və avtomatika vasitələrinin vaxtaşırı yoxlanılma cədvəlinin yerinə yetirilməsinə nəzarət edilməsi.
• Kaskad tənzimləmə sisteminin, avtomatik keyfiyyət analizatorlarının, aqreqat-unifikasiya sisteminin cihazlarının sazlanması və təmirinin aşağı ixtisaslı cihazçılar tərəfindən vaxtaşırı yoxlama cədvəli üzrə aparılmasına nəzərə edilməsi.
• Cihazların istismarı üzrə texniki sənədlərin aparılması.
• Texnoloji işə buraxılmasında iştirak edilməsi.
• Sahə ölçü cihazları və icra mexanizmlərinin iş prinsipləri haqqında,onların təmir edilməsi qaydaları haqqında biliklərə malik olmaq.
• Kontrollerlərin və giriş-çıxış modullarının əsasında idarəetmə-nəzarət sisteminin qurulma prinsipi, funksional strukturu və proqram təminatı.
• Avtomatik tənzimləmə haqqında nəzəri biliklərə malik olmaq.

5-ci dərəcə

İşin xüsusiyyəti:

• Xidmət edilən qurğularda quraşdırılmış avtomatika vasitələrinin sazlanması və onlara xidmət edilməsi.
• Yeni nəzarət və avtomatik tənzimləmə vasitələrinin mənimsənilməsi və tətbiqi.
• Cihazların periodik (dövri) yoxlanmasına nəzarət edilməsi. Cihazların cari və əsaslı təmiri üçün qüsur cədvəlinin tərtib edilməsi.
• Cihazların təmirdən qəbul edilməsi və işə hazırlığının yoxlanılması. Daha aşağı ixtisaslı cihazların işinə rəhbərlik edilməsi.

Tələblər

Təhsil:   

• orta ixtisas təhsili olan şəxslərə üstünlük verilir

İş təcrübəsi:  

• müvafiq iş üzrə 3 il iş stajı

Bilməlidir:

• Qurğuların texnoloji sxemlərinin, neft-qaz məhsullarının keyfiyyətinə aid dövlət standartlarının tələbləri;
• ölçmə, siqnalizasiya və bloklama məntiqi idarəetmə sxemlərinin, bütün istifadə olunan elektron sxemlərinin prinsipial sxemləri;
• kompüter texnikası avadanlıqları, kompüterdə işləmə qaydaları, texnoloji qurğuların parametrlərinin EHM-ə verilməsi sistemləri. 
• Nəzarət və avtomatika cihazlarının konstruksiyası, təmir üsulları, yoxlanması və sazlanması

Əmək haqqı və digər imtiyazlar:

• 660-740 AZN xalis
• Tibbi və icbari sığortalar
• Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma
• Şirkət hesabına nahar

Əlaqə vasitələri

Maraqlı olan Şəxslər CV-rini [email protected] ünvanına göndərmələri xahiş olunur.