İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılma (HVAC) üzrə sahə mühəndisi

  • Cronos MTK
  • Elanın qoyulma tarixi: 22.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sifarişçilərin tələb və istəklərinə uyğun optilmal və iqtisadi səmərəli variantlar seçməklə HVAC layihələrinin hazırlanması
  • Avadanlıqların (yük hesabatlarının)soyutma – isitmə güclərinin, hava miqdarının və digər texniki parametrlərinin hesablanaraq seçilməsi
  • Sahə mühəndisliyi:
  1. layihənin icrası, sahə araşdırmaları, ticarətin əlaqələndirilməsi, planlaşdırma, sənədlərin idarəedilməsi və problemlərin həll olunması işlərində iştirak etmək
  2. İstilik, ventilyasiya və ya kondisioner sistemlərinin quraşdırılmasından əvvəl ərazilərin tədqiqi
  • Boru kəmərlərinin, kanalların və idarəetmə panellərinin yerləşdirilməsinin planlaşdırılması
  • HVAC komponentlərinin quraşdırılması
  • Sistemlərin səmərəli və təhlükəsiz işləməsini təmin etmək üçün keyfiyyət yoxlamalarının aparılması
  • HVAC sistemlərində texniki yoxlamaların aparılması
  • Enerji istehlakını azaltmağa kömək etmək
  • Son modelləşdirmə proqramlarından istifadə edərək, HVAC sistemlərinin kompyuterdə 2D və 3D modelləşdirilməsi
  • Layihələrin qiymətləndirilməsi, təkliflərin yazılması və müştərilərlə qarşılıqlı əlaqələrin yaradılmasında iştirak etmək
  • Layihə üzrə hesabatların aparılması
  • Obyektlərə nəzarət və obyektlərdə görülən işlərin gündəlik hesabatları
  • Layihənin yenilənməsi və tamamlanması haqqında müzakirələrində layihə meneceri və QC nəzarətçisi tərəfindən keçirilən həftəlik və aylıq görüşlərdə iştirak etmək.
  • Hava və hidronik uyğunluq sınaq, balanslaşdırma və tənzimləmə mərhələlərində audit komandasına kömək etmək.

Namizədə bağlı tələblər:

  • Mühəndis ixtisası üzrə ali təhsil (kondisionerləşdirmə, havalandırma, isitmə və kommunikasiya sistemləri üzrə ali təhsil arzu olunandır)
  • Tikinti sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə
  • Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq (SNIP,NFPA,ASHEA)
  • Excel, Word, PowerPoint və AutoCad bilikləri

Əlavə məlumat:

  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
  • İş qrafiki: 6 günlük.
  • Şirkət tərəfindən servis təşkili
  • İş yeri: Nardaran qəsəbəsi, “Seabreeze” 

Qeyd: Xahiş olunur CV-nizi “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılma (HVAC) üzrə sahə mühəndisi" mövzusu ilə elektron ünvanına göndərəsiniz. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq. 

Email: [email protected]

Cronos MTK tərəfindən digər vakansiyalar