Buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər(lər)

İşin təsviri

 

Buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər(lər)

6-cı dərəcə

İşin xüsusiyyəti

• Çox mürəkkəb mexanikləşdirmə vasitələrindən, pnevmo-elektrik intiqallı alətlərdən, mürəkkəb ölçü vasitələrindən takelaj və nəqliyyat vasitələrindən istifadə etməklə buxar və qaz turboaqreqatların, yüksək və ifrat yüksək təzyiq armaturlarının, xüsusi sutəmizləmə avadanlıqlarının çox mürəkkəb qovşaqlarının və mexanizmlərinin təmiri, yenidən qurulması, bərpa olunması, yığılması, tənzimlənməsi və sazlanması.
• Hazırlanmış hissələrin ölçülərin çertyoja uyğun olmasının və keyfiyyətinin yoxlanması.
• Turboaqreqatın tənzimləmə, mühafizə və buxar paylama sisteminin təmiri və sazlanması, böyük ölçülü, yüksək və ifrat yüksək təzyiqli su və buxar sürgülərində kipləşdirici səthlərin bərpa olunması.

5-ci dərəcə

İşin xüsusiyyəti

• Buxar və qaz turbinlərinin, buxar maşınlarının kompensatorların, nasosların qızdırıcıların, yağ soyuducularının yüksək və ifrat yüksək təzyiqli boru kəmərlərinin, istilik mübadilə aparatlarının mürəkkəb qovşaqlarının, hissələri və mexanizmlərinin sökülməsi, təmiri, yenidən qurulması, yığılması, tənzimlənməsi və sınaqdan çıxarılması və sazlanması.
• Yükqaldıran maşın və mexanizmlərin birləşmələrinin təmiri, bərpası, yığılması təmirdən sonra tənzimlənməsi, sınaqdan çıxarılması, sazlanması və istismara verilməsi.
• Hissələrin 6-7-ci kvalitet (1-2-ci dəqiqlik dərəcəsi) üzrə uyğunlaşdırılması və hazır vəziyyətə çatdırılması ilə çilingər emalı.
• Nasazlıqların aşkar edilməsi, avadanlığın armaturlarının ayrı-ayrı hissələrinin və qovşaqlarının yeyilmə dərəcəcəsi və onun səbəbinin təyin edilməsi; hissələrin bundan sonra işləməyə yararlığının və onların bərpa olunma imkanlarının müəyyən edilməsi.
• Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanması və onun istismara təhvil verilməsi.
• Buxar-qaz-turbin avadanlığının çox mürəkkəb və məsuliyyətli qovşaqlarının üfiqi və şaquli səth üzrə yerlərini dəyişmə və sökmə, yığma quraşdırmada takelaj işlərinin yerinə yetirilməsi.

Tələblər

Təhsil:   

• orta ixtisas təhsili olan şəxslərə üstünlük verilir

İş təcrübəsi:

• müvafiq iş üzrə 3 il iş stajı

Bilməlidir:

• Buxar-qaz-turbin avadanlığının çox çətin qovşaqlarının və hissələrin sökülməsi, təmiri, yığılması, yoxlanılması, tənzimlənməsi və düzəldilməsi üzrə texniki şərtləri;
• rotorların statik və dinamik tarazlaşdırılmasının aparılma qaydalarını və üsullarını;
• turboaqreqatların və ayrı-ayrı boru kəmərlərinin hidravlik sınağı qaydalarını;
• turboaqreqatların bəzi elementlərinin və hissələrinin yeyilmə normalarını;
• flans birləşmələrinə, armaturların kipləşdirici səthlərinə, təzyiq altında işləyən boru kəmərlərinə, yükqaldıran mürəkkəb maşın və mexanixzmlərə, yükgötürən qurğulara olan tələbləri;
• dişli çarx ötürmələrinin mərkəzə uyğunlaşdırılmasının yığılmasının xüsusiyyətlərini;
• turboaqreqatın elementlərinin və hissələrinin vaxtından əvvəl yeyilməsinə qarşı xəbərdarlıq tədbirlərini;
• zədələnmə, karroziya yeyilməsi və qəza xəbərdarlıqları üzrə profilaktik tədbirləri;

Əmək haqqı və digər imtiyazlar:

• Dərəcədən asılı olaraq 420-740 AZN xalis
• Tibbi və icbari sığortalar
• Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma
• Şirkət hesabına nahar

Əlaqə vasitələri

Maraqlı olan Şəxslər CV-rini [email protected] ünvanına göndərmələri xahiş olunur.