Laboratoriya Müdiri

  • ATS Food
  • Elanın qoyulma tarixi: 21.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş məkanı: Sumqayıt

Tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil (Kimya, biologiya və ya qida mühəndisliyi sahəsində)
  • İş təcrübəsi: Laboratoriya/Keyfiyyətə Nəzarət sahəsi üzrə idarəetmə istiqamətində - 3 il 
  • Dil bilikləri: Azərbaycan (əla)
  • Kompüter bilikləri:  MS Office proqramları üzrə biliklər

Vəzifədən gözləntilər: 

  • Analiz metodlarının müəyyən edilməsini, formaların tərtib edilməsini, iş təlimatlarının hazırlanmasını təşkil etmək
  • Laboratoriya qeydlərinin yığılması, mühafizə edilməsi, gizli tutulması və arxivə göndərilməsini təmin etmək
  • Laboratoriyanın akkreditasiya sənədlərini hazırlamaq və baş verən yeniliklərin həmin sənədlərdə əks olunmasını təmin etmək
  •  Laboratoriyada istifadə olunan ölçü vasitələrinin, cihazların vaxtaşırı dövlət sınağından və kalibrləmədən keçirilməsini təmin etmək
  • Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tədbirlər görmək

Vəzifə üzrə səriştələr:

  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Müştəri xidməti yönümlülük
  • Problemləri həll etmə
  • Planlama və Təşkilatçılıq
  • Ünsiyyət yönümlülük
  • Punktuallıq
  • Operativlik
  • Vaxtın idarə edilməsi

İş Şərtləri:

  • Əmək haqqı: Razılaşmaya uyğun olaraq
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Servis: Var
  • Yemək: Var

Maraqlananların emaildə "Laboratoriya Müdiri" yazaraq CV-lərini göndərməyi xahiş olunur.

Email: [email protected]