Gömrük işləri üzrə mütəxəssis

  • Diamed CO
  • Elanın qoyulma tarixi: 21.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Gömrük proseslərinə nəzarət edilməsi;
  • Gömrük bəyannamələrinin tərtib olunması və yoxlanılması;
  • İdxal və ixrac olunan malların marşrut xətti üzrə izlənilməsi və nəzarətdə saxlanılması;
  • Gömrük yoxlanışında olan malların şirkət anbarına düzgün şəkildə çatdırılmasının və təhvil verilməsinin təmin edilməsi;
  • Müqavilələrin və sifariş formalarının hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Logistika və ixrac əməliyyatları sahəsində iş təcrübəsi arzuolunandır;
  • İdxal, ixrac prosesi və logistika haqqında anlayış;
  • Azərbaycan dilini əla, rus və ingilis dillərini orta səviyyədə bilməli;
  • Microsoft Office (Word, Excel, PowerPoint, Outlook) proqramını bilməli;
  • Yarana biləcək problemləri həll etmə bacarığı və analitik təfəkkür;
  • Dürüst, səmimi, təşəbbüskarlıq qabiliyyəti və inkişafa meyllilik;
  • Dəqiqlik, operativlik və kollektivdə işləmə bacarığı.

 

İş rejimi: Tam iş günü (6 gün) saat 09-00 dan 18-00 dək

Müqavilə: Əmək müqaviləsi

Əmək haqqi: 1000-1500 manat.

 

Ərazi: Bakı,Pirallahı rayonu ( Qeyd: İş yeri zavodun ofisindədir.Ünvan-Gənclik Akad.Həsən Əliyev küç. 493 )

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Gömrük işləri üzrə mütəxəssis" qeyd edərək e-ünvanına göndərə bilərlər.

Diamed CO tərəfindən digər vakansiyalar