İnsan Resursları Biznes Tərəfdaş

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil
  • Yaş: 23-35;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri
  • İşə qəbul müsahibələrinin aparılması bacarığı
  • MS Office kompüter proqramlarından istifadə etmək bacarığı

Vəzifə öhdəlikləri:

  • Ümumilikdə kurasiyasında olan satış şöbələrində işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında üst rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
  • Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
  • İşə qəbul hesabatlarının hazırlanması;
  • İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək.

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “İnsan Resursları Biznes Tərəfdaş" yazaraq göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi