Tətbiq proqram təminatları üzrə aparıcı / baş mütəxəssis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 18.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Tətbiq sistemlərinin (Weblogic, WebSphere, Tomcat və s.) idarə olunması
  • Yeni tətbiqi sistemlərin qurulması və əlçatanlığının (availability) təmin olunması
  • Tətbiqi sistemlər üzrə yaranan  problemlərin araşdırılması və həll edilməsi
  • Tətbiqi sistemlər üzrə avtomatlaşdırılmanın təmin olunması

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • Linux/Windows server əməliyyat sistemləri üzrə biliklər
  • Oracle Weblogic üzrə dərin biliklər
  • Apache Tomcat, HAProxy, Ngnix, Microsoft IIS üzrə biliklər
  • IBM DataPower, IBM WebSphere, IBM BAW, IBM integration Bus sistemləri üzrə idarəetmə səviyyəsində biliklər arzu olunandır.
  • Sahə üzrə minimum 3 il iş təcrübəsinə;
  • Azərbaycan dili, ingilis dili (texniki), rus dili (texniki) biliklərinə
  • Komandada işləmək bacarığına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

https://careers.abb-bank.az/

İşəgötürənin reytinqi