İşin təsviri
Vəzifə öhdəlikləri:
- Sosial media hesabları və platformları (İnstagram, Facebook, Youtube, Tik tok və.s) ilə işləmək;
- Kontent və postların hazırlanması (foto, video, mətn) və sosial mediada paylaşımları təmin etmək;
- Paylaşımların vaxtında və düzgün formada təşkil olunması
- Gündəlik mağazalardan canlı yayımların təşkil olunması
- Azərbaycan və Rus dillərinin orfoqrafik və qrammatik qaydalarına əməl edərək mətnlərin yazılması.
- SMM müsabiqələrin, “giveaway”lərin təşkili
- İzləyicilərin sorğularını vaxtında cavablandırmaq
- Sosial Media Marketing managerinin vəzifəsinə uyğun digər işlər.
Namizədə tələblər:
- SMM sferasında 2 ildən az olmayan iş təcrübəsi;
- Ali təhsil (Marketinq, Rəqəmsal Marketinq ixtisaslarına üstünlük verilir)
- SMM üzrə sertifikatlar arzuolunandır
- Sosial media planlama və idarəetmə təcrübəsi, sosial aktivliyin olması;
- Planlama və təşkilatçılıq bacarığı;
- İngilis dili biliyi arzuolunandır;
- Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti;
- Peşəkar səviyyədə yazı və şifahi ünsiyyət;
- İşində məsuliyyətli, punktual, kreativ, həvəsli və operativ olmaq;
İş şərtləri:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki həftənin 6 günü;
- İş saatı: həftə içi 09.00-18.00; şənbə günü 10:00-14:00
- Əmək haqqı 600-700 AZN
- İş yeri Ak. Həsən Əliyev küçəsində yerləşir;
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “SMM menecer” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.