İşə qəbul üzrə mütəxəssis

  • Titan Group
  • Elanın qoyulma tarixi: 31.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Funksional öhdəliklər:

  • Açıq vakansiyaları A-dan Z-yə qədər tam təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
  • İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək
  • Vakansiya üzrə işə qəbul prosesinin öncədən planını tərtib edib, rəhbərliyə və vakansiya olan müvafiq şöbəyə yönləndirmək
  • Namizədlərlə ilkin müsahibələr keçirmək
  • Namizədlər üçün imtahan təşkil etmək
  • Daxildə olan işçilər üçün attestasiyalar və klassifikasiya imtahanlarını təşkil etmək üçün plan tərtibi və icrası
  • İşə qəbul olunan şəxsin iş təcrübəsini yoxlamaq
  • Uyğun namizədlərin əvvəl işlədiyi yerlərlə əlaqə saxlayıb, işçinin iş keçmişi ilə tanış olub, sənədləşdirmək və rəhbərə təqdim etmək
  • İşçilərin axtarılmasınnı təkcə axtarış portalları deyil, universitetlər, kolleclər, peşə təhsil müəssisələrinin məzunları üzrə axtarış aparmaqla icra etmək
  • İşə düzəltmə şirkətləri ilə əməkdaşlıqların təşkili
  • Vakansiya elan edilməzdən öncə həmin şəxsin icra edəcəyi işləri təhlil edib, funksional öhdəlikləri tərtib etmək
  • Hesabat formalarının hazırlanmasında iştirak
  • İşçilərin işə qəbul, işdən çıxma proseslərini ERP proqrama işləmək
  • Tələb olunan bütün sənədləri İnsan Resursları Administrasiya şöbəsinə göndərir
  • Seçilmiş namizədlər haqqında ilkin maillərı yazır
  • İşçilərin iş planlarının tərtibində yaxından iştirak etmək

Əsas tələblər: 

Təhsil:

  1. Ali təhsil (Biznesin İdarə edilməsi, İnsan Resurslarının İdarə edilməsi, Psixologiya,Sosiologiya, Heyətin idarə olunması, Menecment ixtisasları üzrə ali, ixtisasartıma təhsili üstünlükdür)

Təcrübə:

  1. İşə qəbul üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi

Professional biliklər:

  1. MS Office (MS Word, MS Excel)
  2. Elektron Hökümət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı

Professional bacarıqlar və kompetensiyalar:

  1. Xoş ünsiyyət 
  2. Detallara diqqət və nəticə yönumlülük
  3. Zamanın idarəolunması

Əmək haqqı: 800 AZN

QEYD: ERP proqramın öyrənilməsi üçün resurslar təqdim olunacaq.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
İş günü: Bazar ertəsi-Cümə

İş saatları: 09:00-18:00

İş ünvanı: Babək prospekti 22 (AG Oil ilə üzbəüz, İstikbal mebelin yanı)

Email: [email protected]