Ofis menecer

  • Time Academy
  • Elanın qoyulma tarixi: 26.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəddən gözləntilərimiz:

  • Azərbaycan dilində səlis danışma bacarığı
  • Ana dilimizin qrammatika və orfoqrafiyasına bələd olmaq
  • Tez öyrənmə, detallara diqqət yetirmə kimi bacarıqlar
  • Rus və ingilis dili biliyi üstünlükdür
  • MS Office proqram təminatları və Google Docs/Sheets ilə işləmə bacarığı üstünlükdür

Namizəd işə qəbul olduqdan sonra icra edəcəyi əsas tapşırıqlar:

  • Telefon zəngləri və sosial şəbəkələr vasitəsi ilə gələn sorğuları cavablandırmaq
  • Tələbələrlə bağlı olan müəyyən məlumatların sistemə daxil edilməsi və emal olunması.
  • Təhsil mərkəzinin tələbələrini qarşılamaq, zərurət yaranarsa tələbələrin tədris prosesi və dərslərin qrafikası bağlı çətinliklərini dinləyib, həll yolları düşünmək və icra etmək
  • Təhsil mərkəzinin digər əməkdaşları ilə birlikdə işləyib, tədris prosesi ilə bağlı məsələləri həll etmək
  • Müəllimlərin qrafiki, gələn sorğular barədə hesabatlar hazırlamaq

Namizəd bizimlə işləməklə nə(lər) qazanacaq:

  • Gənc, dinamik komandanın üzvü olaraq, komandada işləmə bacarıqlarını inkişaf etdirmək.
  • Fərdi inkişafın şirkət tərəfindən tam dəstəklənməsi.
  • Tədris prosesində və təşkilatı işlərdə istifadə etdiyimiz proqram təminatlarını öyrənmək.
  • Əmək bazarında ehtiyac olacaq vərdiş və bacarıqlara yiyələnmək.
  • İngilis dilini təkmilləşdirmək üçün dərslərimizə qoşulma şansı.
  • Ədalətli idarəetmə mühitində işləmək.
  • Komandamızın hazırda üstündə işlədiyi təhsil prosesi sisteminə öz töhfəsini vermə şansı.
  • Şirkətə qatılan əlavə dəyərin hər zaman qarşılığını görmək.

Maaş:

part-time (200-300)
full-time (400-600)

"Part-time" (09:00-15:00; 15:00-21:00)
"Full-time" (09:00-18:00; 12:00-21:00)

Ünvan: Nizami m/st yaxınlığı

Digər detallar müsahibə zamanı müzakirə edilərək müəyyənləşdiriləcək.

Müraciət üçün "CV" və özünüz haqda qısa məlumatı "Office Manager" başlığı ilə bizə [email protected]  göndərə bilərsiniz.