Hüquqşünas

İşin təsviri

Vijn Fond AzərKredit” Bank Olmayan Kredit Təşkilatı Mərkəz Regionu (Mingəçevir, Ağcabədi, Göyçay, Ağdam, Ağdaş, Yevlax, İsmayıllı, Ağsu və Zərdab rayonlarını əhatə edir) üzrə Hüquqşünas vəzifəsinə işçi qəbulunu elan edir (seçilmiş namizədin yaşayış yerindən asılı olaraq iş yeri təşkilatın qeyd olunan rayonlarda yerləşən ofislərindən biri ola bilər).

Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Təşkilat Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. AzərKredit hazırda Mərkəzi Regionu üzrə Hüquqşünas vəzifəsinə işçi qəbulu elan edir.
Bu vəzifənin əsas məqsədi AzərKredit təşkilatının filial və nümayəndəliklərinə (Mingəçevir, Ağcabədi, Göyçay, Ağdam, Ağdaş, Yevlax, İsmayıllı, Ağsu və Zərdab) hüquqi dəstəyin göstərilməsidir.

Əsas vəzifə və öhdəlikləri:

• AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Filial və nümayəndəliklərin borcunu ödəməyən müştərilərə qarşı apardığı məhkəmə işlərində hüquqi yardım göstərmək;
• AzərKreditin bütün filial və nümayəndəliklərinin hüquqi işlərinin gedişatını izləmək və işləri lazımı qaydada aparılması barədə müvafiq menecerlərlə işi koordinasiya etmək;
• Filial və nümayəndəliklər üçün bütün hüquqi sənədləri, məsələn,  müqavilələr, sazişlər və bu kimi digər oxşar sənədləri hazırlamaq və onların müvafiq cari hüquq normalarına uyğun olmasını təmin etmək;
• Region ərazisində şirkəti mülki, cinayət, inzibati məhkəmə dinləmələrində təmsil etmək;
• Region ərazisində şirkətin maraqlarından irəli gələn müxtəlif notarial sənədlərin notarius təsdiqindən keçirilməsini təşkil etmək;
• İşlərin təsnifatını müəyyənləşdirmək üçün konstitusiyanı, qanunlar, qərarlar, qaydalar və hüquq orqanlarının idarəetmə strukturunu öyrənmək;
• Biznes sövdələşmələri, iddia məsuliyyəti, məhkəmə proseslərində iddia qaldırılması və müdafiə, və ya hüquq və öhdəliklər ilə əlaqədar menecerlərə yardım etmək;
• Fəaliyyəti ilə əlaqədar regional ofislərə məsləhət vermək;
• Təşkilatın hüquqi məsələləri ilə əlaqədar dövlət rəsmiləri ilə görüşmək və danışıqlar aparmaq;
• Rəhbər tərəfindən tapşırılmış digər hüquqi vəzifələri yerinə yetirmək;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
• Müvafiq vəzifədə ən azı 1 illik iş təcrübəsi;
• Mülki, mülki-prosessual, inzibati məsuliyyət, maliyyə-kreditvə bank qanunvericiliyini əla bilmək;
• Azərbaycan dilində səlis danışmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• Microsoft və ofis proqramlarını mükəmməl bilmək
• Təşkilat və onun missiyasına yüksək sadiqlik
• Əla şəxsi keyfiyyətlər
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;

AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formalarını (CV), dolduraraq 31 mart 2013-ci il tarixinədək təqdim etsinlər. AzərKredit-in iş üçün elektron anket forması aşağıda göstərilmiş e-mail vasitəsilə də təqdim oluna bilər.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın Mingəçevir, Ağcabədi filiallarından və ya Göyçay, Ağdam, Ağdaş, Yevlax, Zərdab nümayəndəliklərindən əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Hüquqşünas). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]
Faks: +99412 597 30 39