İşin təsviri
Vəzifə öhdəlikləri:
- Servisə daxil olan avtomobillərə tələb olunan qaydada texniki baxışı icra etmək və mövcud mexaniki nasazlıqları aşkar etmək
- Aşkarlanan mexaniki nasazlıqları servisin Baş Mexaniki ilə təsdiqlədikdən sonra Servis Məsləhətçisinə bildirmək
- Avtomobildəki nasazlıqları istehsalçının texniki təmir tələbinə uyğun aradan qaldırmaq
- Tələb olunan ehtiyat hissələrini anbardan qəbul edib avtomobilə quraşdırmaq
- Təhkim olunmuş alət və avadanlıqlara məsul olmaq
- Şirkətin daxili nizam-intizam qaydalarına riayət etmək,təmir işlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına , istehsalat sanitariyası qayda və normalarına riayət etmək
- Şirkət tərəfindən təşkil olunan ixtisası artırma yönümlü təlimlərində iştirak etmək
- Baş mexanikin verdiyi şifahi və yazılı tapşırıqları tələb olunan vaxtda yerinə yetirmək.
Tələblər:
- Avtomobil təmiri üzrə çilingər kimi ən azı 3 il iş təcrübəsi
- Yük maşınlarının mexaniki təmiri üzrə iş təcrübəsi
- Nizam-intizamlı
- Mühərrik işlərində səriştəsi olan ustalara üstünlük veriləcək
- Yaş həddi: 25-45
- Təhsil: Orta və ya ali
İş şərtləri:
- İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: Razılaşma yolu ilə
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Avtomobil təmiri üzrə Çilingər” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Email: [email protected]