Avtomobil yuyucusu

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əl üsulu və ya mexaniki avtomatdan istifadə etməklə nəqliyyat vasitəsini üzdən yumaq və təmizləmək
  • Nəqliyyat vasitəsinin gövdəsinin qapı və ya ayaqaltı örtüklərini yumaq və təmizləmək;
  • Nəqliyyat vasitəsinin gövdəsini və sistemin hissələrini yumaq və təmizləmək;
  • Mühərrikin bölməsi və hissələrini yumaq və ya təmizləmək.
  • Nəqliyyat vasitəsinin korpusunun xaricini və daxilini, mühərriki, bölmə və hissələri qurutmaq:
  • Kimyəvi vasitələr, alətlər və avadanlıqları seçmək və onlardan istifadə etmək;
  • Yuyulma və qurulama prosesini avtomobilin ümumi görünüşünü zədələmədən həyata keçirmək;

 Tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Yaş həddi: 23-40;
  • Avtomobil idarə etmək bacarığı (sürücülük vəsiqəsi olmalı);
  • Diqqətli, məsuliyyətli və təmizkar;
  • Kimyəvi maddələrin saxlanması, daşınması və yığışdırılması ilə əlaqədar ekoloji tələbləri, nəqliyyat vasitəsinin xarici və daxili, mühərriki, bölmələri, hissələri üçün tövsiyə olunan yuyucu vasitələri, onların istismarı və qurutma prosedurları kimi bilgilərə malik olmalı.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 500-550 ₼

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində Avtomobil yuyucusuqeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]