İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müxtəlif təhlükəsizlik sistemlərində baş vermiş hadisələrin dəyərləndirilməsi, sübut və məlumatların toplanaraq uyğun şəxslərə yönləndirilməsi;
- Təhlükəsizlik insidentlərinin qeydiyyatı və sənədləşdirilməsi;
- Təhlükəsizlik sistemlərində istifadə olunacaq skriptlərin yazılması;
- Təhlükəsizlik sistemlərində tapşırıqlara uyğun olaraq sazlama işlərinin aparılması;
- Mentorun verdiyi şifahi və yazılı göstərişlərin yerinə yetirilməsi;
- Təcrübə zamanı məsul iş sahələri ilə bağlı müvafiq hesabatların hazırlanması.
Tələblər:
- İnformasiya Təhlükəsizliyi, Kompüter elmləri, İnformasiya sistemləri və s. kimi ixtisaslar üzrə ali təhsilin olması;
- Analitik təhlil qabiliyyətinə malik olmalı;
- Yüksək ünsiyyət, komandada işləmək, problemləri həll etmə və qərar vermə bacarıqlarına sahib olmalı;
- Gənc və dinamik olmalı.
Əlavə məlumat:
- Təcrübə proqramı 3-6 ay nəzərdə tutulmuşdur;
- AR əmək qanunvericiliyinə əsasən müqavilə;
- Minimum əmək haqqı ilə ödəniş;
- İş qrafiki: Beş günlük iş həftəsi;
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center.
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.