Aparıcı tibbi anderayter

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 04.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzi̇fə və Öhdəli̇klər:

  • Müvafiq sığorta növləri üzrə tarif siyasətinin müəyyən edilməsində rəhbərliyə dəstək, müxtəlif anderaytinq üsullarının tətbiq olunması;
  • Risklərin və digər təsir edici amillərin  müəyyən edilməsi və qiymətləndirilməsi;
  • Tarifin təyinatı, sığorta şərtlərinin müəyyən edilməsi, təkliflərin hazırlanması
  • Departamentinin işini təkmilləşdirilməsi prosesi çərçivəsində müvafiq sığorta növü üzrə sənəd bazasının sistemləşdirilməsi və aparılmasi; 
  • Müştərilər / müqavilələr üzrə cari zərərlik əmsalına aktuarla birlikdə nəzarət, proqnoz olunmuş zərərlik əmsalının cari zərərliklə müqayisəsi;
  • Sığorta müqavilələrinin yenilənməsi prosesinin təmin olunması: zərərliyin təhlili və yenilənmə ilə bağlı müştərilərlə bilavasitə danışıqların aparılması; zəruri hallarda sığorta təminatının təkmilləşdirilməsi, təklifin hazırlanması

Bi̇li̇klər:

  • Ali təhsil (tibbi ali təhsil arzuolunandı);
  • CII beynəlxalq sertifikatı (arzuolunan);
  • Kompüter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə peşəkar biliklər;
  • Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək; ingilis dili arzuolunandır;

Təcrübə:

  • Anderaytinq / Tibbi sığorta sahəsində ən azı 2-3 il iş təcrübəsi;

Bacarıqlar:

  • Ünsiyyət qurmaq bacarığı;
  • Qeyri standart vəziyyətə  cəld reaksiya vermək.

Son müraciət tarixi: 05 noyabr 2022.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

Email: [email protected]  

İşəgötürənin reytinqi