Kredit mütəxəsisi (Gəncə və Göyçay)

  • Finoko BOKT
  • Elanın qoyulma tarixi: 29.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
  • Keyfiyyətli kredit portfeli formalaşdırmaq, portfeli idarə etmək və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və qanunvericiliyə uyğun rəsmiləşdirmək;
  • Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;-
  • Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
  • Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
  • Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə  iş təcrübəsi;
  • Ali təhsil/ natamam ali təhsil;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
  • Analitik zəkaya malik olma, yüksək ünsiyyət qurma və müştərilərlə işləmək qabiliyyəti;
  • Məsuliyyətlilik və dəqiqlik.
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00, 

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Kredit üzrə mütəxəssis” başlığı ilə elektron ünvanına göndərməkləri xahiş olunur.

Email: [email protected]