Mühəndis-Elektrik

  • STP Global Cable
  • Elanın qoyulma tarixi: 29.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilməli;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • Problemləri vaxtında müəyyənləşdirmək və həll etmək bacarığına malik;
  • Sahə üzrə sertifikatların olması arzuolunandır.

Hansı işləri görəcəksiniz:

  • Yeni gərginlik dolablarının hazırlanmasını və elektrik sxemlərinə uyğun yığılmasını təmin etmək;
  • Elektrik sxemlərini oxuyaraq yarana biləcək hər hansı nazsazlıqları aradan qaldırmaq;
  • Daxil olan sorğulara əsasən alçaq və orta gərginlikli yuvaların normalarının hazırlanması;
  • Material çeşidinin müəyyən edilməsi və maya dəyərinin hazırlanması üçün müvafiq prosedurların icra edilməsi;
  • Avtomatik qurğuların və tənzimləyicilərin iş prinsiplərini bilmək və yarana biləcək nazsazlıqları vaxtında aradan qaldırmaq;
  • Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı tövsiyyələr vermək;
  • Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini müəyyənləşdirmək;
  • Layihənin həyata keçirilməsi zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək;
  • İşlərində tələb olunan standartlara əməl etməli və görülən işin keyfiyyətə cavabdeh olmalı.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühəndis-Elektrik” yazaraq 01.11.2022-ci il tarixinədək göndərilməsi xahiş olunur.