İT proseslərin idarəedilməsi şöbəsinin məsləhətçisi (QA tester)

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Təhsil: Ali texniki təhsil;
  • Minimum 3 il iş təcrübəsi (QA sahəsi üzrə 2 il iş təcrübəsi);
  • Dil bilikləri: Azərbaycan (ana dili) – səlis (ingilis və rus dili biliklərinin olması arzuolunandır);
  • Phyton və Java proqramlaşdırma dilləri üzrə biliklərinin olması;
  • MySQL və PostgreSQL sahələri üzrə biliklərinin olması;
  • Test və keyfiyyət təminatı (QA) sahəsi üzrə biliklərinin olması;
  • Selenium və Appium üzrə biliklərinin və iş təcrübəsinin olması;
  • BPM üzrə biliklərinin olması arzuolunandır;
  • Davamlı öyrənməyə və inkişafa həvəsli olması;
  • Komandada işləmək və üstün kommunikasiya bacarıqlarının olması.

Görəcəyiniz işlər: 

  • İnformasiya sistemlərinin manual testini həyata keçirmək;
  • Servis testlərini icra etmək;
  • Test nümunələr (test case), test planları və test prosesi (testing) istiqaməti ilə bağlı prosedurların hazırlanması;
  • İnformasiya sistemlərinin manual testinin avtomatlaşdırılması;
  • Servis testlərin avtomatlaşdırılması;
  • İnformasiya sistemlərinin testini həyata keçirərkən müştəri tələblərini (usecase), biznes tələblərini, analiz və dizayn sənədlərini oxuyub anlamaq və təhlil etmək;
  • Test zamanı aşkar edilən xətaları (bug) qeydiyyata almaq və xətanın həllini izləmək;
  • Test prosesi ilə əlaqəli digər fəaliyyətləri həyata keçirmək.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi (həftədə 1 dəfə evdən işləmə imkanı);
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 10.10.2022-ci il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Email:  [email protected]