Smeta üzrə aparıcı mütəxəssis

İşin təsviri

Əsas öhdəliklər:

  • Meliorasiya sistemləri və qurğularının layihələndirmə normaları barədə kifayət qədər biliyə malik olmalı 
  • Hidravliki hesabatların aparılması qaydalarını bilmək
  • Təbii suaxımların və kanalların kələ-kötürlük əmsallarının tapılması qaydalarını bilmək
  • Layihə-smeta sənədlərinin daxili ekspertizasının Tikinti məcəlləsi və Tikinti Norma və Qaydalarına əsasən aparılması
  • Texniki və iqtisadsi hesabatların tərtib edilməsi və aparılması metodlarını bilməli
  • Dəmir beton, metal konstruksiya, ağac və s. Konstruksiyaların layihəyə uyğun hesabatlarının aparılması və layihələndirilməsi
  • Optimal konstruktiv həll variantlarının verilməsi
  • Layihəyə görə icra edilən işlərin layihəyə uyğunluğunun yoxlanılması
  • Konstruksiya materiallarının layihəyə əsasən həcminin müəyyən edilməsi
  • Hazırladığı layihələrin FHN Dövlət Ekspertiza İdarəsində müdafiə edilməsi və təhvil verilməsi
  • Layihə keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması
  • Müəssisədaxili nizam intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi
  • Materialların, konstruksiyaların və məmulatların qəbul olunmasını təşkil edir və onların anbara yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil etmək

Əsas tələb:

  •  İnşaat mühəndisliyi və ya Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi üzrə bakalavr (magistr dərəcəsi olanlar üstünlük təşkil edir)
  • Uyğun sahədə ən azı 5 illik iş təcrübəsi
  • MS office, AutoCAD, Lira və ya SAP2000, Tekla structures

Əlavə məlumatlar:

  • İş saatı: 09:00 – 18:00
  • İş rejimi : Həftə içi 5 gün
  • Tibbi sığorta
  • Korporativ nömrə
  • Peşəkar təlimçi tərəfindən təlimlər

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Smeta üzrə aparıcı mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.

Email: [email protected]