Quraşdırıcı usta (elektrik)

  • Lumegrand
  • Elanın qoyulma tarixi: 21.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Satılmış məhsulların (işıqlandırma avadanlıqları) sürücü ilə birlikdə ünvanlara çatdırılması, onların montajı (quraşdırılması) və ya demontajı;
  • Quraşdırılan və işə salınan işıqlandırmanın yoxlanıb, müştəriyə qüsursuz təhvil verilməsi;
  • Mağazalarda olan işıqlandırma və digər texniki avadanlıqların işlək vəziyyətdə olmasını təmin etmək
  • Rəhbərlik tərəfindən verilən digər texniki tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Elektrotexnikanın nəzəri əsaslarını bilməli;
  • İşıqlandırma avadanlıqların təmiri və quraşdırılması zamanı təhlükəsizlik texnikası qaydalarını bilməli;
  • İş alətlərinin texniki istismarı qaydalarını bilməlidir;
  • Təhlükəsizlik qaydalarına ciddi riayət etməlidir və s
  • Yaş – 25 - 45
  • İşində çevik və məsuliyyətli olmalı

Şərtlər:

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəs
  • AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • Həftə ərzində 6 iş günü, istirahət- həftədə 1 gün
  • İş saatı: 09:00-19:00
  • İş yeri: Aşıq Molla Cümə küçəsi
  • Əmək haqqı: 700 AZN + bonus

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Quraşdırıcı” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər. 

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Email: [email protected]