İşin təsviri
                
                
                                
                Tələblər:
	- Dil bilikləri: Azərbaycan (əla), Rus və İngilis dili (yaxşı) mütləqdir;
 
	- İnsanlarla ünsiyyət qura bilmək bacarığı;
 
	- İşində dürüst, məsuliyyətli və məqsədyönlü olmalı;
 
	- Müvafiq vəzifə üzrə 3 (üç) il təcrübə;
 
	- Kompyuter bilikləri : Elektra V5 proqramı, Booking, Expedia, MS Excel, MS Word, MS Outlook;
 
Vəzifə öhdəlikləri: 
	- Müştərilər üçün satış təkliflərini hazırlamaq və icrasını təmin etmək;
 
	- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
 
	- Yeni müştərilərin cəlb edilməsi və satışın artırılması məqsədilə yeni təkliflər verilməsi;
 
	- Mövcud müştərilərlə sıx əlaqələrin qurulması və münasibətlərin inkişaf etdirilməsi məqsədilə yeni təkliflər planı hazırlanması;
 
	- Qiymətlərin gündəlik monitorinq edilməsi;
 
	- Rezervasiyalar zamanı yaranan sıxlıqları idarəetmə bacarığı;
 
	- Rezervasiya zamanı yaranan problemlərin çevik həlli;
 
	- Qonaqların rezervasiya ilə bağlı suallarını cavablandırmaq;
 
	- Rezervasiyada dəyişiklik etməli və ya ləğv etməsi lazım olabiləcək qonaqlara dəstək vermək;
 
	- Ödənişlərin həyata keçirilməsi, təsdiq məlumatlarının qonaqlara ötürülməsi;
 
	- Yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək məqsədi ilə birbaşa rəhbəri ilə daimi əlaqədə olmaq;
 
	- Müvafiq hallarda qonaqlara əlavə xidmətlər və ya xüsusi paketlər barədə məlumat verməklə məlumatlandırmaq;
 
	- Satış ilə əlaqədar qərarların verilməsi prosesində iştirak etmək;
 
	- Görülən işlər barədə rəhbərliyə həftəlik, aylıq və illik hesabatların təqdim edilməsi;
 
İş şəraiti: 
	- İş yeri:  Bakı şəhəri, Əhməd Rəcəbli 33/1;
 
	- 5/7 iş qrafiki, iş saatları 09:00-dan 18:00-dək;
 
	- Qidalanma mehmanxana tərəfindən təmin edilir;
 
	- Əmək haqqı: müsahibə əsasında təyin olunur;
 
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Meneceri” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.