Anbardar

  • Gravity Inc
  • Elanın qoyulma tarixi: 12.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə Tələblər:

  • Müvafiq sahədə minimum 3 il təcrübə
  • Ünsiyyət qurma bacarığı;
  • Vətəndaşlarla işləmə təcrübəsi;
  • Məsuliyyət, düzgünlük və dəqiqlik;
  • Analitik düşünmə və problemləri həlletmə qabiliyyəti;
  • Komandada və fərdi şəkildə işləmək bacarığı;
  • Microsoft Word, Excel proqramları ilə işləmə bacarığı
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

Vəzifə Öhdəlikləri:

  • Anbara gələn sorğular əsasında bağlamaların hazırlanması, daxili standartlara uyğun paketlənməsi və təhvil vermə məntəqələrində təhvil verilməsi;
  • Avadanlıq və ləvazimatların təhvil alma məntəqələrindən götürülməsi və anbara yerləşdirilməsi;
  • Lazım olan avadanlıqların, ləvazimatların və digər materialların alınması, icarəsi və anbarda yerləşdirilməsi;
  • Yerli anbara daxil olan materialların səliqəli və sistematik formada yerləşdirilməsi;
  • Anbarda olan mal və materialların saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasını təmin etmək və proqramlara daxil etmək;
  • Anbarın hesabatının word/excel proqramları vasitəsi ilə aparılması;
  • Anbardakı malların dövriyyəsinin analizi;
  • Anbar ilə əlaqəli bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təşkil etmək;
  • Anbar daxilində səliqə-səhmana və təmizliyə nəzarət etmək;
  • Günlük və həftəlik hesabatları təqdim etmək.

 

İş qrafiki: Həftədə 6 gün (saat 10:00-dan 18:00-dək), həftədə 1 dəfə istirahət günü.

Yaş: 25-45

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşməyiniz vacibdir. CV formasında əsas məlumatlar lakonik və aydın qeyd olunmalıdır.

Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir. 

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Anbardar” qeyd etmələri xahiş olunur. Mövzu hissəsində bildirilən müvafiq qeyd olmayan CV-lərə baxılmayacaq.