Büdcə və hesabatlıq şöbəsinin rəisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin həftəlik, aylıq və illik maliyyə hesabatlarının hazırlanmasını təmin edir;
  • Şirkətin illik büdcə planının hazırlanmasında bilavasitə iştirak və prosesin koordinasiyanın təmin edir;
  • Hər bir hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisələrini əks etdirən hesabatlar hazırlanmasını təmin edir;
  • Maliyyə hesabatlarının illik kənar auditini koordinasiya edir və  və yoxlama üçün hesabatların, açıqlamaların tərtib edir;
  • Maya dəyərini aylıq əsaslarda analitik təhlilini həyata keçirir və nəticələr barədə rəhbərliyə hesabat verir;
  • Şirkətin uçot siyasətinin hazırlanması və tətbiqində iştirak edir;
  • Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə uyğun mühasibat düzəlişlərin verir;
  • Şirkətin proqram təminatı üzrə çatışmazlıqların ortadan qaldırılması yönündə təkliflər verir;
  • Rəhbərlik tərəfindən tələb olunan cari fəaliyyətin izlənilməsi ilə bağlı hesabatlığın təmin olunmasını təşkil edir.

Tələblər:

  • Müvafiq sahə üzrə Ali təhsil;
  • Müvafiq sahə üzrə ən az 4 illik iş təcrübəsi;
  • Sertifikatlar arzuolunandır;
  • MHBS üzrə biliklər;
  • Yerli uçot qanunvericiliyi üzrə biliklər;
  • Vergi qanunvericiliyi üzrə bilikləri;
  • Şirkətin fəaliyyətini tənzimləyən qanunvericilik üzrə biliklər;
  • Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook), ERP sistemləri üzrə biliklər.

Səriştələr:

  • Qərar qəbul etmək bacarığı;
  • İdarəetmə və rəhbərlik bacarıqları
  • Planlama və təşkilatçılıq;
  • Komanda işinin təşkili; 
  • Məsuliyyətli;
  • Şəxsi inkişafa meylli;
  • Nailiyyət yönümlülük;
  • Etibarlılıq;
  • Dürüstlük.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki:  Beş günlük iş həftəsi (09:30-18:30);
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/az/job/budce-ve-hesabatliq-shobesinin-reisi?sources=Jobsearch.az

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar