Məhsul təbliğatı üzrə kiçik mütəxəssis

  • SAF Pharma LLC
  • Elanın qoyulma tarixi: 25.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəlikləri:

  • Gündəlik iş qrafikinə uyğun olaraq bölgə üzrə müştərilərin ziyarət edilməsi və məhsul təqdimatının aparılması;
  • Müştərilərdən məhsullar üzrə rəy alınması;
  • Həftəlik plan əsasında apteklərin ziyarət edilməsi, satılan məhsullar barədə məlumatların alınması;
  • İclaslarda iştirak etmək, iş yerində yaranmış problemlər barədə birbaşa rəhbərinə məlumat vermək;
  • Gün ərzində görülən fəaliyyət barədə hesabat hazırlamaq;
  • Bazar araşdırması prosesində iştirak etmək;
  • Yeni müştəri cəlb edilməsi və onlarla davamlı əlaqələrin yaradılmasını prosesində iştirak etmək;
  • Problemli müştərilər barədə birbaşarəhbərini məlumatlandırmaq; 
  • Ona təhkim olunmuş işçi - mentor ilə birlikdə öyrənmə proqramını icra etmək;
  • İş və təlim qrafikinə əməl etmək.

Vəzifəyə tələblər:

  • Təcrübə - 1 ildən çox (müvafiq sahədə)
  • Azərbaycan dilində yazılı və  şifahi ünsiyyət
  • Təqdimat bacarığı
  • Öyrənməyə meyilli
  • Təşəbbüskarlıq
  • Məsuliyyətlilik
  • Çeviklik
  • Dəqiqlik

Müraciət qaydaları:

CV-ni  e-mail ünvanına “TN” başlığı (tema/subject) ilə göndərə bilərsiniz.

Qeyd: Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər ilə müsahibə keçirilir.

Son müraciət tarixi: 15.09.2022

Email: [email protected]