Sağlamlıq üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İş öncəsi bütün işçilərin təzyiqinin və hərarətinin ölçülməsi, alkotest edilməsi;
  • İşə yeni qəbul edilən işçilərin sağlamlıq haqqında arayışının yoxlanılması – ƏM və TT şöbəsinin menecerinə məlumat verilməsi (İşə qəbul sənədinə qeyd edilməklə) ;
  • Hər bir sahədə baş verən qəzaların və bədbəxt hadisələrin qeydiyyata alınması, ilkin tibbi yardımın göstərilməsi və dərhal ƏM və TT şöbəsinin menecerinə məlumat verilməsi; 
  • Ehtiyac olduğu təqdirdə təcili tibbi yardıma (103) müraciət edib - çağrılması;
  • Gündəlik müraciət edən işçilərin lazımi olan dərmanlarla təmin edilməsi, qeydiyyat vərəqəsinə və jurnalına qeyd edilməsi;
  • Tibb məntəqəsinə təhvil verilən dərmanların istifadə müddətinin nəzarətdə saxlanılması və müddəti bitmiş dərmanların aktlaşdırılıb – ƏM və TT şöbəsinə təhvil verilməsi.
  •  Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması
  • İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması
  • İş prosesindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi
  • Rəhbərlik tərəfindən verilən yazılı və şifahi göstərişlərin yerinə yetirilməsi

Namizədə tələblər: 

  • Ali TİBBİ təhsil
  • Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi 

İş şərtləri: 

  • 6 günlük iş qrafiki 08:00-dan 15:00-a qədər
  • Əmək haqqı:  500 AZN
  • İş yeri Xırdalan ərazisində yerləşir
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Sağlamlıq üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Email: [email protected]

Azmədənistehsal MMC tərəfindən digər vakansiyalar