İnformasiya təhlükəsizliyi sistemləri üzrə aparıc/baş mütəxəssis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 24.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Email Gateway idarəetməsini həyata keçirmək;
  • Səlahiyyətli istifadəçilərin qoşulmalarının PAM üzərindən tətbiqini həyata keçirmək;
  • DLP sazlamalarını həyata keçirmək;
  • İnformasiya Təhlükəsizliyinin prinsiplərinin ən yaxşı təcrübələr toplusu əsasında bankda tətbiqinə çalışmaq;
  • Antivirus və EDR məhsullarını sazlamaq , policy və konfiqurasiyaları etmək;
  • MDM aləti vasitəsilə son istifadəçilərin bağlantılarını nəzarətdə saxlamaq.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • PAM, DLP həlləri ilə bağlı iş təcrübəsinə;
  • MFA həlləri ilə işləmə bacarığına;
  • MDM həlləri ilə bağlı iş təcrübəsinə;
  • “Device control” və “antiviruslarla” bağlı iş təcrübəsinə;
  • XDR məhsulları ilə işləmə bacarığına;
  • Azərbaycan dili, ingilis dili (texniki) biliklərinə
  • Komandada işləmək bacarığına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

https://careers.abb-bank.az/

İşəgötürənin reytinqi