Kontent üzrə mütəxəssis

  • Libraff
  • Elanın qoyulma tarixi: 23.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Marketinq hədəflərinə uyğun olaraq qısa və uzunmüddətli məzmun planını hazırlamaq;
  • Veb sayt, həmçinin sosial media üçün məzmun yaratmaq;
  • Sosial media və vebsayt məzmununu inkişaf etdirmək üçün həmkarları ilə daim ünsiyyətdə olmaq;
  • Bloqları və yazıları redaktə etmək, yoxlamaq və təkmilləşdirmək;
  • SEO-ya uyğun olaraq məzmunu optimallaşdırmaq;
  • Veb trafiki və sosial media platformasını gücləndimək üçün tədbirlər görmək;
  • Yeniliklərdən xəbərdar olmaq və auditoriyanı cəlb etmək üçün yeni təkliflər vermək.

Əsas tələblər:

  • Oxşar sahədə və ya jurnalist, bloger, SMM olaraq iş təcrübəsi üstünlükdür;
  • MS Office, MS Powerpoint proqramları ilə praktiki təcrübə;
  • SEO və veb trafik göstəriciləri üzrə bilik;
  • Sosial media ilə tanışlıq (aktiv sosial media istifadəçisi olmaq üstünlükdür);
  • Azərbaycan, rus dillərində mükəmməl yazı bacarığı;
  • Kitab həvəskarı olması böyük üstünlükdür;
  • Detallara diqqətli olmaq;
  • Yaxşı təşkilatçılıq və vaxtı idarə etmə bacarığı;
  • Jurnalistika, Marketinq və ya müvafiq sahədə bakalavr dərəcəsi üstünlükdür;
  • Kreativlik, maraqlı məzmun yaratmaq bacarığı.

İş haqqında:

  • Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir,
  • Nahar: şirkət tərəfindən təmin olunur
  • İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C
  • Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur
  • Başlanğıc üçün əmək haqqı: 500 AZN

Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını qeyd etmək mütləqdir.

Email: [email protected]  

İşəgötürənin reytinqi