Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsinin Dizayneri

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 23.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Yaş: 25 - 35
  • Təhsil: Natamam Ali və Ali
  • İş təcrübəsi : 
  • Marketinq sahəsində təcrübəyə malik olmalı; Qrafik dizayn və Poliqrafiya sahəsində minimum 1 il iş təcrübəsi.
  • Təşəbbüskar olmalı; 
  • Kompyuterdə sərbəst işləməyi bacarmalı; 
  • Ünsiyyətcil, özünə əminlik hissi, yüksək intellektual səviyyəli olmalı; 
  • İnkişafa meyilli olmalı; 
  • Məsuliyyətli, diqqətli və yaradıcı olmalı;  
  • Azərbaycan,( əla)  Rus (əla), ingilis (arzuolunan) ;
  • Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, elektron poçtdan istifadə qaydalarını;
  • Şirkətin daxili əmək nizamı qaydalarını; 
  • Şirkətin kommersiya sirrinin qoruyub saxlama rejimini; 
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını;
  • Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı- 
  • Reklam materialları ilə işləmə bacarığına malik olmalı- 
  • Proqram bilgisi: CorelDraw, Adobe Illustrator, Adobe Photoshop, Adobe Indesign.- 
  • Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (əla) mütləqdir ,İngilis dili (arzuolunandır) 

Şəxsi keyfiyyətlər:

  • kollektivdə işləmək, qarşısına qoyduğu məqsədlərə çatmaq, işə yaradıcı yanaşmaq və sığorta cəmiyyətinin bütün strukturları ilə normal iş münasibətləri qurmaq bacarığına malik olmalıdır.

Əsas vəzifə öhdəlikləri:

  • Promo məhsulların dizaynının hazırlanması, istehsalı və keyfiyyətinə nəzarət edilməsi;
  • Xarici reklam, təqdimat fəaliyyəti, təqdimat materialları, ofislərin və avtomobillərin brendinqi; 
  • "Carçı" jurnalı və bülletenlərin hazırlanması;
  • Kreativ briflərə əsasən biznesin tələblərinə uyğun dizayn konsepti hazırlamaq
  • Brendin vizual tətbiq prinsiplərinə görə məsuliyyət daşımaq və qeyd olunan prinsiplərin bütün dizayn və qrafika işlərində tətbiq olunmasını təmin etmək

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  • Əmək haqqı :  800 – 890 ( əmək haqqı gross ilə qeyd olunub ) 

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsi – Dizayner” qeyd etmələri xahiş olunur.

Email: [email protected]