Maliyyə Menecmenti və Nəzarəti Departamentinin Direktoru

  • Company
  • Elanın qoyulma tarixi: 18.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasına, həmçinin mənfəət və zərər hesabatı, mənfəətlilik təhlillərinin aparılmasına nəzarət;
  • Mühasibatlıq əməliyyatları üzərində nəzarəti təmin etmək və hesabların düzgün və tam şəkildə bağlanmasına nəzarət etmək;
  • Törəmə müəssisələr və mənfəət mərkəzləri üzrə dövri maliyyə nəticələrinin hazırlanmasını və təhlilini təmin etmək, hesabatların rəhbərliyə təqdimatında iştirak etmək;
  • Maliyyə planlaması, büdcə və proqnozların hazırlanması prosesinə nəzarət;
  • İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatların hazırlanmasına nəzarət etmək;
  • Maliyyə və idarəetmə uçotunun təşkilininin düzgün qurulmasına nəzarəti təmin etmək;
  • Aylıq və illik maliyyə planlaşdırılmasını həyata keçirmək, xərclərin plana uygun bölüşdürülməsinə nəzarət etmək;
  • Maliyyə nəzarəti üzrə analitik təhlil aparılmasını və optimal həlllərin həyata keçirilməsini təmin etmək;
  • İdarəetmə hesabatlılığını təkmilləşdirmək və hesabatların düzgünlüyünə nəzarət etmək;
  • Yeni qurulacaq ERP-də maliyyə və idarəetmə hesabatlılığının təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və ERP komandası ilə bərabər onların icrasına nail olmaq;
  • Əməliyyat və maliyyə hesabatlılığının effektivliyini və keyfiyyətini artırmaq məqsədilə proses və sistemlərin təkmilləşdirilməsinə dəstək olmaq;
  • Kommersiya, satış və istehsalat ilə effektiv əlaqəni təmin etmək, həmçinin optimal maliyyə nəzarətini təmin etməklə biznes əməliyyatlarına dəstək olmaq;
  • Daxili və kənar audit proseslərinə dəstəyi təmin etmək;
  • Səhmdarlar və Müşahidə Şurası tərəfindən tələb edilən digər maliyyə hesabatlarının düzgün və vaxtında təqdim edilməsini təmin etmək;
  • Vergi və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanması prosesində iştirak etmək;
  • Xarici və yerli banklara dövri hesabatların və banklar və dövlət qurumları tərəfindən yönləndirilmiş aidiyyəti suallar üzrə izahatların təqdim edilməsini təmin etmək;

Vəzifə tələbləri:

  • Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil;
  • Maliyyə və/və ya kənar audit sahrəsində ən azı 5 il təcrübə;
  • ACCA və ya analoji sertifikatların olması üstünlükdür;
  • Analitik düşünmə, problemləri həll etmə, qərarvermə və idarə etmə bacarığı;
  • Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək;
  • İstehsalat şirkətində təcrübə arzuolunandır. 

İş şəraiti:

  • İş yeri – Bakı şəhəri
  • İş saatları –09:00-18:00, bir saat nahar fasiləsi
  • Nahar təmin edilir
  • İstirahət günləri –  Şənbə və bazar
  • Əmək haqqı – Yüksəkdir.

Maraqlanan şəxslər mövzu yerində “Maliyyə Menecmenti və Nəzarəti Departamentinin Direktoru” qeyd etməklə elektron poçt ünvanına CV göndərə bilərlər.

Email: [email protected]