Satış meneceri

  • Halal-P
  • Elanın qoyulma tarixi: 17.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Həftəlik, aylıq və illik satış planlarını tərtib etmək və şöbə rəhbəri ilə razılaşdırmaq
  • Satış planlarını rəhbərliklə müzakirə, təsdiq, statistikalara nəzarət etmək. 
  • Satış menecerlərinin peşəkarlıq səviyyəsinin artması üçün mütəmadi tədbirlər görmək, Kadrlar şöbəsilə birlikdə daxili təlimlər təşkil etmək
  • VİP müştərilərlə əlaqələrə nəzarət etmək
  • VİP müştərilərə nəvaziş ziyarətləri həyata keçirmək 
  • Müştərilərə kompleks xidmət göstərə bilmək üçün ehtiyacları aşkar etmək
  • Müştəri bazası üzrə requlyar zənglər etmək, məktublar göndərmək
  • Strateji satış sayıla biləcək (100.000 AZN və daha artıq) potensial satışlara dair layihə qrupunun yaradılmasına dair rəhbərinə müraciət etmək, layihə komandasının işində aktiv iştirak etmək
  • Strateji layihələr üzrə “Müştərinin Siyasi Xəritəsi”ni hazırlamaq 
  • Potensial “soyuq” müştərilərlə vaxtaşırı işlər aparmaq və onları isti əlaqələrə çevirmək
  • Müştərilərlə danışıqlar aparmaq, onlara təqdimatlar etmək, onların etirazlarını yoluna qoymaq
  • Layihələrə uyğun olaraq avadanlıq və məhsullar seçmək
  • Təminat şöbəsi ilə birlikdə xarici təchizatçılarla danışıqlar aparmaq
  • Texniki məsələlər, eləcə də müqavilə şərtlərini müştərilərlə razılaşdırmaq
  • Müştərilərlə müqavilələrin imzalanmasını, hesabların təqdim olunmasını və avans ödənişinin alınmasını koordinasiya etmək

Tələblər:

  • Ali təhsil 
  • Ən azı 1 il iş təcrübəsi

Bacarıqların:

  • Azərbaycan dili qrammatikası biliyi 
  • İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir
  • Microsoft Office bilikləri 
  • Komandada işləmək qabiliyyəti
  • Müştərilərin qorunub saxlanılması;
  • Kommersiya təkliflərinin hazırlanması və göndərilməsi;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik
  • Çətin vəziyyətlərin həlli (nadir hallarda olur).

Dəyərlərimiz:

  • İnkişaf və davamlı öyrənmək istəyi
  • Qayğı göstərmək və kömək etmək istəyi
  • Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:

  • CV - bənzər bir təcrübənin varlığına baxırıq
  • Doldurulmuş anket forması - cavab sürətinə və anketin məzmununa baxırıq
  • Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
  • Rəhbərlə müsahibə

Şərtlər:

  • İş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;

Əmək haqqı: 650-750 AZN

Bu linkə daxil olun və anket formasını doldurun. Onu da CV ilə birlikdə elektron ünvana göndərməyi unutmayın. 

Bizimlə iş şən və perspektivlidir.

Email: [email protected]