İcra orqanları ilə iş şöbəsinə hüquqşünas

İşin təsviri

Tələblər:

  • Ali hüquqi təhsil,
  • Minimum 2 il iş təcrübəsi
  • Mülki, mülki-prosessual, icra haqqında və kredit haqqında qanunvericiliyi bilməli;
  • Əla səviyyədə Azərbaycan dili biliyi.
  • Hüquqi nitq və yazışma qabiliyyəti;
  • MS office proqramlarında ( Word, Excel, Outlook ) yüksək səviyyədə işləmək bacarığı;
  • Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

Əsas vəzifələr: 

  • Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
  • Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq
  • Hüquqi sənəd (məktublar və s.) və ərizələri tərtib etmək;
  • Texniki vasitələrdən istifadə etməklə qüvvədə olan qanunvericilik və başqa normativ aktlar, onlara əlavələr və dəyişikliklər və ya onların ləğv olunması haqqında məlumatları müfaviq bölmələrə çatdırmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
  • Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
  • Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.

Biz Sizə təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 5 iş günü, 2 gün istirahət;
  • Əmək haqqı 500 azn + bonus;

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissədə “İcra orqanları ilə iş şöbəsinə hüquqşünas” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. 

Email: [email protected]