Backend Developer istiqaməti üzrə Mütəxəssis/Məsləhətçi

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (Texniki sahə üzrə təhsil arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Səmərəli və anlaşılan kod yazmaq bacarığının olması;
  • Analitik düşüncə, yeni texnologiyalardan öyrənib, tətbiq etmək bacarığının olması;
  • Komputer Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklərin olması
  • Texniki sənədləri oxumaq, anlamaq, yazmaq bacarığının olması.

Tələb olunan texniki bacarıqlar:

  • Komputer Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklər
  • C# OOP, Asp.Net MVC, .Net Framework, .Net Core texnologiyaları üzrə əsaslı bilik və təcrübə
  • TSql, PL/Sql dilləri üzrə əsaslı bilik və təcrübə
  • Html5, Css3, Javascript, Ajax, Angular istifadəsi və biliyi
  • REST və SOAP servislər üzrə biliklər
  • Səmərəli, Səmərəli, təmiz və genişlənə bilən kod yazmaq bacarığı
  • GİT-lə işləmə təcrübəsi (yaranan kofliktləri problemsiz şəkildə həll etmək)
  • Səmərəli, səliqəli, sürətli, təhlükəsiz, anlaşılan və genişlənə bilən kod yazmaq bacarığı 
  • Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək bacarığı

Görəcəyiniz işlər:

  • Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;
  • Şöbə üzrə proqram təminatı istiqamətində müvafiq prosedurların və siyasətlərin hazırlanmasında iştirak etmək;
  • Agentliyin müəyyənləşdirilmiş proseslərinin tələbləri üzrə proqram təminatının yazılmasında iştirak etmək;
  • Yeni məhsulların yaradılmasında və onların tətbiqi metodlarının seçilməsində iştirak etmək;
  • Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak etmək;
  • Digər əməkdaşların sahəsi üzrə təkmilləşməsi və proqram təminatını mənimsənilməsi tədris prosesində iştirak etmək;
  • Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə digər proqramçılara dəstək və təlim komandasını formalaşdırılmasında iştirak etmək;
  • Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanmasında iştirak etmək;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrasında iştirak etmək;
  • Agentliyin inkişafı baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak etmək;
  • Agentliyin mövcud olan proqram təminatının yeni məhsullara uyğun yazılması və digər tələb olunan proqramlara inteqrasiyası üsullarının texniki yazılmasında iştirak etmək;
  • Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak etmək.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 15.09.2022-ci il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Email: [email protected]