Tender üzrə mütəxəssis

  • Crystal Group
  • Elanın qoyulma tarixi: 15.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tenderin əsas şərtlər toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və  şirkətin tenderdə iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət edilməsi;
  • Müqavilələr üzrə danışıqların aparılması və müvafiq şöbələrlə birgə müqavilələrin hazırlanması;
  • Tender üzrə tələb olunan sənədlərin, protokolların hazırlanması, sənədlərin qeydiyyatın aparılması;
  • Tender prosesi ilə bağlı beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların, danışıqların aparılması;
  • Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
  • Müştəri bazasının genişləndirilməsi.

Tələblər:

  • Təhsil: 
  • Müvafiq sahədə ali təhsil
  • Texniki səriştələr: 
  • MS Excel, Power Point, Word yüksək səviyyədə
  • Tenderə dair sənədləşmənin yüksək səviyyədə aparılması
  • Xarici tenderlərdə iştirak arzuolunandır
  • Rus və İngilis dili yüksək səviyyədə
  • Təcrübə:  Minimum 3 il müvafiq sahədə iş təcrübəsi
  • Yumşaq bacarıqlar: 
  • Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət
  • İnandırma və təqdimat bacarığı
  • Nəticəyönümlülük və punktuallılıq
  • Təşəbbüskarlılıq və tələbkarlılıq.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə [email protected] və [email protected] ünvanlarına CV formasını göndərin.

Crystal Group tərəfindən digər vakansiyalar