Maliyyə nəzarəti üzrə mütəxəssis

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
  • İstehsal məhsullarının və idxal məhsullarının maya dəyərini hesablamaq, araşdıraraq artma və azalma səbəblərinin müəyyən edilməsi;
  • Mühasibatlıq yazılışlarına sahib olmaq və şirkət siyasətinə uyğun olaraq təsnifatlaşdıraraq, sistemə daxil edilməsinə nəzarət edilməsi;
  • Pul vəsaitlərinin hərəkətinin, idarəetmə və zəruri hesabatların təqdim edilməsi;
  • Şirkətin vergi və biznes fəaliyyəti haqqında hesabatlarının hazırlanması;
  • Qanunvericilik və maliyyə qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra olunması;        
  • Mühasibatlıqda çalışan işçilərin işlərinə nəzarət.

Namizədə tələblər:

  • Ali təhsil (maliyyə, mühasibatliq, iqtisadiyyat);
  • Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı;
  • Sistemli və analitik düşünmə, diqqətli, nəticə yönümlü;
  • Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı; 
  • İngilis dili biliyi;
  • Beynəlxalq sertifikatlar (ACCA F3) və SAP B1 proqramını bilmək əlavə üstünlükdü.

Ünvan: Bakı şəhəri.

İş qrafiki: 5 günlük iş qrafiki.

İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Əmək haqqı işçinin bilik və bacarığından, məsuliyyətindən asılı olaraq dəyişə bilər.

Tərcümeyi-halınızı 31 Avqust  2022-ci il tarixindən gec olmamaq şərti ilə elektron ünvanına subject/mövzu hissəsində “Maliyyə nəzarəti üzrə mütəxəssis”  qeyd etməklə göndərə bilərsiniz.

Email: [email protected]

Master Builders Solutions Azerbaijan tərəfindən digər vakansiyalar