Hüquqşünas

İşin təsviri

İş barədə məlumat:

  • Məhkəmələrdə və digər dövlət qurumlarında Müəssisəni nümayəndə qismində təmsil etmək
  • Cəmiyyətin Müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  • Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Cəmiyyətdaxili sənədlərin bir-biri ilə, o cümlədən AR mövcud qanunvericiliyi ilə düzgün və uyğun şəkildə tətbiq edilməsinə nəzarət etmək;
  • Dövlət orqanları, hüquqi və fiziki şəxslərin sorğularının cavablandırılmasında iştirak etmək
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
  • AR qanunvericiliyi ilə nəzərdə tutulmuş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;

Tələblər:

  • Ali hüquq təhsili;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Korporativ hüquq sahəsi üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti

İş yeri: Bakı şəhəri, Ş.İ.Xətai prospekti

İş qrafiki: 6 günlük iş qrafiki

Təminatlar:

  • Nahar ilə təmin edilmə
  • Korporativ nömrə ilə təmin edilmə

 

Email: [email protected]