Maliyyə şöbəsinin sektor müdiri

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 11.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və ona nəzarət etmək;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) əsasında uçot siyasətini təşkil etmək;
  • MHBS üzrə hesabatların hazırlanması;
  • Kənar auditorlarla MHBS nəticələrinin koordinasiyası, auditor məlumatlarının və tövsiyələrinin ayrıca müzakirə edilməsi və məlumatların düzgün tətbiqinin təmin olunması;
  • Növbəti hesabat dövrləri üçün gözlənilən MHBS hesablamalarının nəticələri haqqında tabe olduğu rəhbərə mütəmadi məlumat vermək;
  • MHBS hesabatları prinsiplərinin dəyişilməsi və yenilənməsi hallarına dair mütəmadi izləmələrin aparılması;
  • İnvestisiya əməliyyatları ilə bağlı aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində müvafiq birjalar üzrə effektiv ticarət strategiyalarının həyata keçirilməsində iştirak etmək;
  • Hecinq və digər törəmə maliyyə alətləri üzrə müvafiq əməliyyatların həyata keçirilməsində iştirak etmək;
  • Cəmiyyət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və aidiyyəti üzrə təkliflərin verilməsi;
  • Fəaliyyət sahəsinə aid digər hesabatların vaxtlı-vaxtında hazırlanmasını təmin etmək;
  • Maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi və eyni zamanda qanunvericilikdə nəzərdə tutulan tarixlərdə dərc olunmasını istiqamətində müvafiq işlərin görülməsini təmin etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
  • Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • ACCA F1-F9 səviyyəsi üzrə sertifikatlar və ya CİMA Managment Level sertifikatı olan namizədlər.
  • Analitik düşünmə, problemləri həll etmə, qərarvermə və idarə etmə bacarığı;


Tələb olunan təhsil və iş təcrübəsi:

  • Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil;
  • Müvafiq sahə üzrə 5 il iş təcrübəsi; (kənar audit sahəsində iş təcrübəsi arzuolunandır)

 

https://glorri.com/abc-telecom/6113ab8df941e8350ce2260a-Ma%C4%9Faza%20direktorunun%20k%C3%B6m%C9%99k%C3%A7isi

İşəgötürənin reytinqi