Maliyyə şöbəsinin müdiri

  • Company
  • Elanın qoyulma tarixi: 11.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Milli Mühasibat Uçotun Standartları əsasında uçot siyasətini təşkil etmək;
  • Əmlakın, öhdəliklərin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun  aparılmasına nəzarət etmək;
  • Maliyyyə-uçot siyasətinin əsas istiqaməti olan likvidliyin qorunmasını təmin etmək;
  • Şirkətin büdcəsinin proqnozlarının maliyyə baxımından yerinə yetirilməsini təmin etmək;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilini təmin etmək;
  • Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsi və Şirkətin əmlakının qorunması istiqamətində tədbirlər görmək;
  • Şirkətin maliyyə strategiyasını və onun maliyyə sabitliyinin təməlini hazırlamaq;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərində təsvirini təmin etmək;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillər aparmaq;
  • Malların və xidmətlərin maya dəyəri və gəlirliyin planlaşdırılmasını təmin etmək;
  • Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində  daxil olmasını təmin etmək;
  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
  • Şirkətin ödəmə qabiliyyətinin təmin olunması, gəlirliliyin artırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə İdarə Heyətinə təkliflər vermək;
  • Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb İdarə heyətinə təqdim etmək;
  • Şirkətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasını, onların icmallaşdırılmasını, müvafiq orqanlara verilməsini və təhlil edərək rəhbərliyə məlumat verilməsini təmin etmək;
  • Şirkət üzrə əmlakın və öhdəliklərin inventarizasiyasının aparılmasına dair əmr layihəsi hazırlamaq, inventarizasiyanın müəyyən edilmiş prosedur qaydalara uyğun aparılması üçün inventarizasiya komissiyasının üzvlərinə təlimati izahatlar vermək;
  • Maliyyə və uçot əməliyyatlarına dair şöbənin əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərin düzgünlüyünü yoxlamaq və təsdiq etmək;
  • Pul vəsaitlərin və maddi - əmtəə sərvətlərin əskikiliyinin, qanunsuz istifadənin qarşısını almaq məqsədilə tədbirlərin görülməsini təmin etmək, təklif hazırlayaraq İdarə Heyətinə təqdim etmək;
  • Pul vəsaitlərin və maddi - əmtəə sərvətlərin əskikliyi və ya oğurlanması aşkar olunduqda müvafiq sənədlərin tərtibatı və zəruri hallarda istintaq orqanlarına təqdim edilməsini İdarə Heyətinin sədrini məlumatlandırmaqla təmin etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi;
  • Beynəlxalq Maliyyə Hesabatları Standartları;
  • Milli Mühasibat Uçotu Standartları;
  • ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar;
  • Analitik düşünmə, problemləri həll etmə, qərarvermə və idarə etmə bacarığı;
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (yaxşı), Microsoft Office proqramlarını mükəmməl bilmək.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Maliyyə sahəsində ali təhsil.
  • Müvafiq sahə üzrə azı 7 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Maliyyə şöbəsinin müdiri" qeyd etməklə elektron ünvanına göndərə bilərlər.Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Email: [email protected]