Qiymətləndirmə və portfel analizi şöbəsinin kiçik mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 08.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tariflərini müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tariflərin formalaşdırılmasında iştirak etmək və bu məqsəd ilə zəruri məlumatları toplamaq;
  • Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsində iştirak etmək;
  • Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunmasında iştirak etmək;
  • Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
  • Partnyor banklara və digər təşkilatlara qiymət təklifini təqdim etmək;
  • Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi işinə cəlb olunması;
  • Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi;
  • Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanmasında iştirak etmək;
  • Şöbədaxili riskləri müəyyən etmək və potensial risklər barədə birbaşa rəhbərinə məlumat vermək;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: İş təcrübəsi tələb olunmur.
  • Təhsili/ixtisası: Riyaziyyat, Tətbiqi riyaziyyat (Kompüter Elmləri), İqtisadiyyat və ya Statistika ixtisasları üzrə balakavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta.
  • Üstünlüklər: Beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi və ya iştirak etməsi, magistr dərəcəsi, həyat sığorta şirkətində iş təcrübəsi, rus dili orta səviyyədə bilikləri, proqramlaşdırma bilikləri (SQL, Python, C# və s.).
  • Kompüter bilikləri: MS Excel: orta, MS Word: orta, MS PowerPoint: orta.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə

https://pasha-life.az/about/karyera/

İşəgötürənin reytinqi